Səməd Seyidov Parisə gedir

Səməd Seyidov Parisə gedir

9 Sentyabr 2016 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Rene Rukenin dəvəti ilə sentyabrın 11-dən 13-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Milli Məclisdən verilən məlumata görə, S. Seyidov "AŞPA-nın gələcəyi və təşkilatda islahatlar" mövzusunda keçiriləcək dəyirmi masada iştirak edəcək.

Tədbirdə qurumun gələcək fəaliyyəti, islahatların aparılmasının vacibliyi, üzv ölkələr arasında səmərəli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səməd Seyidov toplantıda Azərbaycanla AŞPA arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşəcək.

Millət vəkili daha sonra Milli Məclisin nümayəndə heyətinin tərkibində Strasburqda keçiriləcək AŞPA-ya üzv dövlətlərin Parlament Sədrlərinin Konfransında iştirak edəcək.

Səfər sentyabrın 16-da başa çatacaq.

Mediainfo.az