Azərbaycan və Pakistan hərbi sahədə birgə işçi qrupu yaradacaq

Azərbaycan və Pakistan hərbi sahədə birgə işçi qrupu yaradacaq

9 Sentyabr 2016 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin müdafiə sənayesi naziri Rana Tanvir Hüsseyn ilə görüş keçirib.

"Report" "Radio Pakistan"a istinadən xəbər verir ki, görüşdə pakistanlı nazir Azərbaycanın silahlı qüvvələrin müasirləşdirilməsi üzrə planlarını tam dəstəklədiklərini bildirib.

Tərəflər hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrupun yaradılması haqqında razılığa gəliblər.

Öz növbəsində, səfir Əli Əlizadə Kəşmirdəki cari vəziyyətlə bağlı narahatlığını bildirib.

Mediainfo.az