Ermənistanın yeni baş naziri bəlli oldu

Ermənistanın yeni baş naziri bəlli oldu

9 Sentyabr 2016 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublika Partiyasının icra orqanı sentyabrın 8-də Karen Karapetyanı baş nazir postuna namizəd göstərib.

Əvvəlki baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib. 58 yaşlı Ovik Abramyan 2014-cü il aprelin 13-dən baş nazir idi.

Karen Karapetyan 1963-cü il avqustun 14-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Stepanakert şəhərində doğulub, Yerevanda böyüyüb.

1985-ci ildə Yerevan Dövlət Universitetinin tətbiq riyaziyyat fakültəsini bitirən Karen Karapetyan iqtisad elmləri doktorudur. Uzun illər energetika sahəsində rəhbər vəzifələrdə çalışıb, "Qazprom-Ermənistan" şirkətinə rəhbərlik edib. 2010-2011-ci illərdə Yerevanın meri olub.

1998-ci ildən Ermənistanda siyasi hakimiyyət Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxmış şəxslərin əlindədir. Dağlıq Qarabağda doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə prezident postunu tutub. 2008-ci ildən prezident kürsüsündə əyləşən Serj Sərkisyan da Dağlıq Qarabağda anadan olub.

Ermənistan hakimiyyətinin ən önəmli simalarından olan müdafiə naziri Seyran Ohanyan da Dağlıq Qarabağdandır. Seyran Ohanyan müdafiə naziri postuna 2008-ci ildə təyin edilib.

Mediainfo.az