Özbəkistan baş nazirə tapşırılıb

Özbəkistan baş nazirə tapşırılıb

8 Sentyabr 2016 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanda prezident səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyoyevə tapşırılıb.

Apa-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan parlamentinin hər iki palatasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

Ş.Mirziyoyev 2003-cü ildən bəri baş nazir vəzifəsində çalışır. Bundan əvvəl o, Cizak və Səmərqənd vilayətlərini qubernatoru olub. Ş. Mirziyoyev İslam Kərimovun dəfnini təşkil edən dövlət komissiyasının sədri idi.

Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi.

Mediainfo.az