Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparanlara yeni səlahiyyətlər verilir

Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparanlara yeni səlahiyyətlər verilir

7 Sentyabr 2016 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda yol hərəkətinin məhdudlaşdırılması və yaxud qadağan edilməsi ilə bağlı daha yeni bir şərt müəyyənləşdirilir.

Milli Məclisdən Apa-ya verilən məlumata görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 12-ci maddəsinə əlavələr edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, ölkədə hansı ərazidə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti veriləcək.

Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasların birində müzakirəyə çıxarılacaq.

Mediainfo.az