Ovik Abramyan vəzifədən gedəcək?..

Ovik Abramyan vəzifədən gedəcək?..

7 Sentyabr 2016 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Ovik Abraamyan öz postunu tərk edə bilər.

Bu barədə "İnterfax"a məlumat verən mənbə bildirib ki, yeni istefalar və təyinatların olacağı da gözlənilir. Mənbə baş verən dəyişikliklərin səbəbini açıqlamayıb.

Xatırladaq ki, Ermənistanın bəzi agentliklərində də ölkənin yeni baş nazirinin İrəvanın keçmiş meri, "Qaprombank"ın prezidentinin birinci müavini Karen Karapetyanın ola biləcəyi barədə məlumat yer alıb.

Qeyd edək ki, Ovik Abraamyan 2014-cü ilin aprelindən bu vəzifəni icra edir.

Mediainfo.az