ABŞ qiyamın təşkilatçılarının məsuliyyətə cəlb olunmasında Türkiyəyə kömək edəcək

ABŞ qiyamın təşkilatçılarının məsuliyyətə cəlb olunmasında Türkiyəyə kömək edəcək

4 Sentyabr 2016 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obama Vaşinqtonun baş tutmayan dövlət çevrilişi təşkilatçılarının məsuliyyətə cəlb olunması üçün Ankaraya kömək edəcəyinə dair Türkiyəyə vəd verib.

Bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

"Mənim administrasiyam dövlət çevrilişi cəhdinə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə verilməsinə nail olmaq üçün Türkiyə ilə işləycək", - deyə Obama Xançjouda G20 sammiti "meydanları"nda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra bildirib. (report)

Mediainfo.az