Ərdoğan Obama ilə Fetullah Gülənin ekstradisiya məsələsi barədə danışıb - FOTO

Ərdoğan Obama ilə Fetullah Gülənin ekstradisiya məsələsi barədə danışıb - FOTO

4 Sentyabr 2016 12:30
290
Bəyəndim (0) Bəyənmədim (0)
“Türkiyə və ABŞ arasında model ortaqlıq mövcuddur, iki ölkə arasında münasibətlər xüsusidir”

Türkiyə və ABŞ arasında model ortaqlıq mövcuddur, iki ölkə arasında münasibətlər xüsusidir".

Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə keçirilən və 45 dəqiqə davam edən geniştərkibli görüşdən sonra bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, bütün terror təşkilatlarına qarşı eyni mövqe ortaya qoymalıyıq, yaxşı və pis terrorçu yoxdur: "Türkiyədə terror və hərbi çevriliş cəhdinin arxa-arxaya gəlməsi diqqət çəkir. Türkiyə Suriyada və İraqda terrora qarşı mübarizə aparır. Təmənnamız odur ki, Türkiyənin cənubunda, Suriyanın şimalında bir terror koridoru yaranmasın. Koalisiya ortaqlarımızla bu sahədə mübarizə aparırıq və bu mübarizədən qalib çıxacağımıza inanıram".

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası məsələsinə toxunan R. T. Ərdoğan bildirib ki, 15 iyul hərbi çevrilişindən sonra hazırlanan sənəd də ABŞ-a göndəriləcək.

B. Obama isə Türkiyənin suriyalı miqrantları qəbul etdiyi üçün təşəkkür edib və bu istiqamətdə Türkiyəyə dəstək verilməsinin zəruri olduğunu bildirib: "Dostluğumuzun, ittifaqımızın davam etməsini arzu edirəm".

Qeyd edək ki, PKK terror təşkilatının Suriya qolu olan PYD Suriyanın şimalında, Türkiyə sərhədi boyunca elan etdiyi 3 kontonu birləşdirərək dövlət yaratmağa çalışır. Suriyada müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı "Fərat qalxanı" əməliyyatını həyata keçirən Türkiyə əsas məqsədlərindən birinin də PYD-nin koridor yaratmasının qarşısını almaq olduğunu dəfələrlə bəyan edib.

Mediainfo.az