Putin: "Rusiya və Türkiyənin bir çox ortaq maraqları var"

Putin: "Rusiya və Türkiyənin bir çox ortaq maraqları var"

2 Sentyabr 2016 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında açıq-aydın maraqlı olduğunu görür.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg"ə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

"İlk növbədə, Türkiyənin məlum insidentə, vətəndaşımızın ölümünə görə birbaşa, heç nə uydurmadan üzr istəməsini nəzərə alırıq. Biz bu addımı yüksək qiymətləndiririk. Prezident Ərdoğan buna getdi və biz Türkiyə prezidentinin Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında maraqlı olduğunu müşahidə edirik", - deyə Rusiya dövlət başçısı vurğulayıb.

O, Rusiya və Türkiyənin həm Qara dəniz regionunda, həm qlobal planda, həm də Yaxın Şərq regionunda bir çox ortaq maraqlarının olduğunu qeyd edib.

Mediainfo.az