Türkiyədə İŞİD-lə bağlı 24 nəfər saxlanılıb

Türkiyədə İŞİD-lə bağlı 24 nəfər saxlanılıb

2 Sentyabr 2016 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Qaziantep şəhərində terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 24 şübhəli saxlanılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Qaziantep Prokurorluğu məlumat yayıb.

Yerli məhkəmənin qərarına əsasən terror qruplaşmasına üzv olmaqda ittiham edilməklə onların 8-i barəsində həbs qətimkan tədbiri seçilib, 10-u nəzarət altında saxlanılıb, 6-sı isə sərbəst buraxılıb.

Mediainfo.az