Lavrov və Kerri Suriyadakı vəziyyəti müzakirə ediblər

Lavrov və Kerri Suriyadakı vəziyyəti müzakirə ediblər

1 Sentyabr 2016 15:32
265
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

Apa-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Müzakirə zamanı əsas diqqət Suriyadakı vəziyyətə, o cümlədən orada terror təşkilatları ilə mübarizədə Rusiya və ABŞ-ın birgə fəaliyyət imkanlarına yönəlib. "Sergey Lavrov Suriya müxalifəti ilə işğal olunmuş ərazilərdə aktiv hücumlar və vəhşilikləri davam etdirən, özünü müxalifət kimi qələmə verən terrorçuların tez bir zamanda fərqləndirilməsinin vacibliyini qeyd edib", - deyə Rusiya XİN-in məlumatında bildirilir.

Mediainfo.az