Ermənistanın 17 kəndində 1-ci sinfə uşaq tapılmayıb, 1 kənddə isə...

Ermənistanın 17 kəndində 1-ci sinfə uşaq tapılmayıb, 1 kənddə isə...

1 Sentyabr 2016 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Vayosdzor regionunun Aqavnadzor kəndində bütün məktəb dərs ilinə başlaya bilmir. Yerli sakinlər məktəbin qapısını kəsib, uşaqları içəri girməyə qoymur.Bu yolla bütün Ermənistanın diqqətini cəlb etmək istəyən etirazçılar deyirlər ki, onlar toplayıb-təhvil verdikləri üzümün 10 aydır ki, pulunu ala bilmirlər.

Bunu Azadlıq Radiosunun erməni xidməti xəbər verir. Pulu verməyən isə şərab zavodlarıdır. Bundan əvvəl həmin etirazçılar yolları, küçələri kəsirdilər, heç bir faydası olmayıb.Nümayişçilər etirazlarının müddətsiz olduğu, həmin vaxta qədər heç bir şagirdi məktəbə buraxmaycaqlarını bildirirlər. Maraqlıdır ki. həmin şagirdlər elə etirazçıların öz uşalqarıdır.

Məktəbin müəllimləri deyiblər ki, etirazçıların tələbi ilə razılaşsalar da, bu şəkildə etiraz məktəbin tədris prosesini pozur. Həmin üzümün ödənməyən pulu isə 140 milyon dram və ya 295 min dollardır.

Şərab zavodları niyə pulu vermir? Bəzi direktorlar mediaya müsahibələrində deyirdilər ki, onlar bu üzümü baş nazirin çağırışı ilə alıblar.Ancaq ödəməyə pulları yoxdur. Direktorlar deyirlər ki, Onlar üzümü alanda üzümün pulunun uzun müddət olmayacağı xəbərdarlığını ediblər. Həmin kəndin sakinləri isə 2 min nəfərdir. Üzüm onların əsas gəlir mənbəyidir.

Digər xəbərə görə isə bu il Ermənistanın 17 kəndində 1-ci sinfə getməyə uşaq olmayıb. Bunu Ermənistanın Haykakan Jamanak qəzeti yazır. Sunik regionunda, başqa sözlə, Zəngəzurda 8 kənddə 1-ci sinfə gedən uşaq yoxdur. Şirak regionunda isə 3 kənddə 1-ci sinfə gedəsi uşaq tapılmayıb.Tavuş rayonunun Aygenapar kəndində 1-ci sinfə getməyə cəmi 2 uşaq var. Onlar da ekizlərdir. Bu il həmin məktəbin sonuncu sinfini cəmi 3 nəfər bitirib. İndiki sonuncu sinifdə isə daha az- 2 şagird oxuyur.

Məktəbdə cəmi 48 şagird var. Məktəb isə sovet dönəmində tikilib, o vaxt burda 170 uşaq oxuyurdu.Məktəbə getməyə niyə uşaq yoxdur? Bunun bir səbəbi Ermənistandan ailəvi köçüb gedənlərdirsə, digər səbəbi kişilərin çörək pulu dalınca Rusiyaya və digər ölkələrə getməsidir. Mediainfo.az