Ceyhun Osmanlını qəfil fəallaşdıran - İddialar

Ceyhun Osmanlını qəfil fəallaşdıran - İddialar

1 Sentyabr 2016 13:49
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq deputat Ceyhun Osmanlı fəallaşıb

C.Osmanlı mətbuata verdiyi ardıcıl müsahibələrlə gündəmə gəlib.

Adı Fətullah Gülən şəbəkəsində hallanan eks-deputat iddiaları təkzib edir, bunu hansısa qüvvələrin sifarişi sayır.

Hətta daha da irəli gedərək MTN-dəki bəzi rütbəlilərin sifarişi olduğunu hesab edir. 2014-cü ildə fətullahçı elan edilmiş Osmanlı o zaman bugünkü qədər fəallıq nümayiş etdirməmişdi.

Hazırda vəziyyəti gərgin olan keçmiş deputat ən yaxşı müdafiə hücumdur taktikasını seçərək mediada açıq danışmağa başlayıb.

O, bununla da FƏTÖ-ya qarşı rəsmi şəkildə elan edilmiş mübarizədə hakimiyyətin yanında olduğunu diqqətə çatdırmaq istəyir. Çünki iqtidar mediası da Osmanlı və onun vaxtilə rəhbəri olduğu "İrəli" təşkilatını nurçu adlandırıb.
Əldə etdiyimiz məlumata görə, C.Osmanlı mediaya verdiyi müsahibələr hesabına təhlükədən qorunmağa çalışır. Deputat olduğu dövrdə müxalifət və müstəqil mediaya açıq olmayan, onların suallarını cavablandırmayan C.Osmanlı indi tənqidçi mətbuat açıqlamalar verir.

Qeyd edək ki, Fətullah Gülən şəbəkəsində adı keçən Elnur Aslanov, Fərhad Məmmədov və Ceyhun Osmanlı 2014-cü ildə medianın gündəmində idi. FƏTÖ-nun Türkiyədə 15 iyul qiyamında ittiham edilməsi bu şəbəkəyə qarşı Azərbaycanda da mübarizəni şərtləndirdi. Bundan sonra hər üç şəxs yenidən gündəmə gəlib. (politika)

Mediainfo.az