"Sevgi Kola kimidir...Normal, layt və zero olur"

"Sevgi Kola kimidir...Normal, layt və zero olur"

2 Sentyabr 2011 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Filippinin subay prezidenti Beniqno Aquino sevgi həyatını Kolaya bənzətdi. 51 yaşlı prezident Çini ziyarət etdiyi əsnada ölkədəki filippinlilərə xitab etdi. Ona verilən sevgi həyatı barədə sualını isə dövlət məmuru zarafatyana cavablandırdı: "Sevgi Kola kimidir. Öncə normaldır, sonra layt, daha sonra isə zerodur". Ötən ildən bu yana bir neçə qadınla ilişkisi olan Aquino bu münasibətin nikah masasına kimi getməməsinin ən böyük günahkarı jurnalistlərin maraqlı gözlərinin olduğunu vurğuladı.

Sevgi Koladırsa, onda nifrət də şərabdır.

Günel Həbib

O.M.