Berluskoni ölkəsini söyüb, biabır etdi

Berluskoni ölkəsini söyüb, biabır etdi

2 Sentyabr 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)
Telefon danışıqları mediaya yayıldı

İtaliyanın baş naziri Silvio Berluskoninin ölkəsini tərk etmək istədiyini söylədiyi telefon danışığı mediaya sızdı. Ona qarşı şantaj "proyektinin" həyata keçirildiyi bir dövrdə yayılan telefon danışığında dövlət məmuru İtaliyanı, sakinləri ağır söyüşlərlə söyüb, təhqir edir və əlavə edir ki: "Bir neçə aydan sonra öz yoluma gedəcəyəm. Məni küsdürənlərə qarşılıq olaraq ölkəni tərk edəcəyəm". İtalyan agent "ANSA" bu danışığın 13 iyulda internet qəzetinin redaktoru Volter Lavitola arasında həyata keçirildiyini bildirdi. İddialara görə, Volter şantajçı iş adamı Giampaolo Tarantini ilə baş nazir arasındakı danışıqların aparılmasında fəal iştirak edib. Məlumata görə, Tarantini və onun arvadı Ancela Devnuto tutulublar.

Günel Həbib

O.M.