Liviya üsyançılarının silaha ehtiyacı yoxdur

Liviya üsyançılarının silaha ehtiyacı yoxdur

14 Aprel 2011 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa prezidenti Nikola Sarkozi Liviya müxalifətinə silah yardımı etməyəcəyini , ancaq digər ölkələrin bunu etməsinə qarşı olmadığını bildirib.

Röyter informasiya agentliyinin yaydığı məlumatda deyilir ki, İngiltərənin baş naziri Devid Kemeronla görüşən prezident Nikola Sarkozi mətbuata açıqlama verib. Açıqlamada o, " BMT-nin Təhlükəsizlik Şurasının Liviya üsyançılarına silah verilməsinə qadağa qoymadığını" bildirib.

Sarkozi, " Biz silah satmırıq. Bildiyimiz qədəri ilə İngiltərə də üsyançılara silah satmır. Bizim bu yöndə qərarımız var, amma bu qərar silah satanlara qarşı olduğumuz mənasına gəlməz", - deyə fikrini ifadə edib.

Daha sonra o, müxalifətin silahlandırılmağa ehtiyacı olmadığını, çünki liviyalı üsyançıların kifayət qədər silahı olduğunu və bu silahları necə istifadə edəcəklərini öyrədən dostları olduğunu söyləyib.

Qeyd edək ki, dünən üsyançılar Qətər dövlətini Qəddafini silahlandırmaqda günahlandırmış, dünya dövlətlərindən silah yardımı istəmişdi.

Ola bilər ki, Qərb dövlətləri kiməsə silah satmırlar. Amma əqidələrini və Liviya müxalifətini satdıqları gün kimi aydındır.

Elvin Babayev

O.M.