Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır

Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır

31 Avqust 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırlaşır. Erməni KİV-lərinin yaydığı məlumata görə, vasitəçilər prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüşü BMT-nin 66-cı sessiyasının sentyabrın 13-də keçiriləcək açılışı çərçivəsində təşkil etməyi nəzərdə tutur.

Qəzetin yazdığına görə, beynəlxalq diplomatik dairələrdə bu görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sonuncu şans hesab edirlər. Çünki sentyabr ayında Ermənistanda gərgin siyasi proseslər gözlənilir. Bundan başqa, yaxın gələcəkdə həmsədr ölkələrdə (Rusiya, Fransa, ABŞ) seçkilər keçirilməlidir.

"Erməni yer üzünün ilanı, insanlığın düşmənidir." (Sədi Şirazi)

Tofiq Əliyev

O.M.