ABŞ-da qasırğa qurbanlarının sayı 32-yə çatıb

ABŞ-da qasırğa qurbanlarının sayı 32-yə çatıb

30 Avqust 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

İstirahət günlərində ABŞ-ın şərq sahillərində tüğyan edən "Ayrin" qasırğası 32 nəfərin həyatına son qoyub. Bundan əvvəl 25 nəfərin öldüyü bildirilirdi. Nyu-York, Şimali Karolina və Pensilvaniya ştatlarının hər birində 6, Virciniyada 4, Nyu-Cersidə 3, Florida, Vermont və Merilenddə isə 2 nəfər ölüb. Qasırğa qurbanlarının əksəriyyəti ya ağacların aşması, ya da qasırğanı müşayiət edən leysanın yaratdığı daşqınlar nəticəsində həlak olublar. Ekspertlərin fikrincə, qasırğanın vurduğu ziyan 5-7 milyard dollar həddindədir. Hazırda siklon Kanada sahillərinə doğru irəliləyir. "Ayrin" qasırğasını müşayiət edən küləyin sürəti saat 80 kilometrə çatır. 250 minə yaxın ev elektriksiz qalıb.

Təbiətin gətirdiyi fəlakətləri təbii də qəbul etmək lazımdır.

Tofiq Əliyev

O.M.