Türkiyədə həlak olanların yaxınlarına və yaralılara ödəniləcək təzminatın məbləği açıqlanıb

Türkiyədə həlak olanların yaxınlarına və yaralılara ödəniləcək təzminatın məbləği açıqlanıb

29 İyul 2016 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısını alarkən həlak olanların yaxınlarına 88 596 TL təzminat ödəniləcək.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (SGK) həlak olanların yaxınları və yaralananlara aylıq müavinət olaraq ən azı 3 203 TL verəcək.

Bundan başqa, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə, başqasının qulluğuna möhtac olan əlillərə 177 192 TL, Digər əlillərə isə əlillik dərəcələrinə görə 22 149 - 66 447 TL, yaralananlara da yaralanma dərəcələrinə görə 17 719 TL təzminat ödəniləcək.

Eyni zamanda, məmurlardan ölənlərin yaxınlarına və tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan əlillərə ən yüksən dövlət qulluqçusu müavinəti, digər əlillərə isə işlədikləri zaman aldıqları əmək haqqı nəzərə alınaraq 30 il dövlət qulluğunda çalşmış kimi təqaüd ödəniləcək.

Həmçinin, digər dövlət qurumları həlak olanların yaxınları və tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan əlillərə 150 613 TL, başqa əlillərə isə 101 885 TL məbləğində əlavə təzminat ödəyəcək.

Mediainfo.az