Ərdoğan Ali Hərbi Şuranın üzvlərini topladı

Ərdoğan Ali Hərbi Şuranın üzvlərini topladı

29 İyul 2016 15:50
266
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarı və Ali Hərbi Şuranın üzvlərini qəbul edib.

AzərTAc xəbər verir ki, Prezident sarayında keçirilən və mətbuata qapalı olan qəbul təxminən yarım saat davam edib.

Xatırladaq ki, iyulun 28-də Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada Ali Hərbi Şuranın iclası keçirilib. İclasda qəbul olunan qərarlar dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib.

Silahlı Qüvvələr Baş Qərargahının və Milli Kəşfiyyat Təşkilatının ölkə Prezidentinin tabeliyinə veriləcəyi gözlənilir.

Mediainfo.az