Hillari Klinton: "ABŞ-ın düşmənlərini məğlubiyyətə uğradacağam!"

Hillari Klinton: "ABŞ-ın düşmənlərini məğlubiyyətə uğradacağam!"

29 İyul 2016 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton "Rusiya təhlükəsi" ilə mübarizədə NATO-nu dəstəklədiyini bildirib.

Bunu Klinton Demokratlar Partiyasının Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı deyib.

"Mən Rusiyadan gələn təhlükə də daxil olmaqla, istənilən təhdidlə mübarizədə NATO-dakı müttəfiqlərimizə dəstək verməkdən fəxr edirəm", - deyə Klinton qeyd edib.

Sabiq dövlət katibi həmçinin ABŞ-ın düşmənlərini "məğlubiyyətə uğradacağını" bəyan edib. ABŞ prezidentliyinə namizəd çıxışı zamanı İŞİD-lə mübarizə məsələsinə də toxunub: "Biz onların mövqelərinə havadan zərbələr endirəcəyik və onları darmadağın etmək üçün yerli qüvvələri dəstəkləyəcəyik", - deyə Klinton qeyd edib.

H.Klinton həmçinin vurğulayıb ki, prezidentliyi dövründə iqtisadiyyat və amerikalıların təhlükəsizliyi məsələləri onun üçün əsas prioritet təşkil edəcək.

Mediainfo.az