Merkel sentyabrda Ərdoğanla görüşəcək

Merkel sentyabrda Ərdoğanla görüşəcək

28 İyul 2016 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyini bəyan edib.

TASS xəbər verir ki, A.Merkel bu görüşün ən geci sentyabrın əvvəlində baş tutacağını söyləyib.

"Görüş mütləq olacaq, ən uzağı sentyabrın əvvəlində Hançjouda keçiriləcək G20 sammitində baş tutacaq", - deyə kansler jurnalistlərə açıqlayıb.

Qeyd edək ki, "iyirmilik"də sədrlik 2015-ci il dekabrın 1-dən etibarən Türkiyədən Çinə keçib. Növbəti G20 sammiti sentyabrın 4-5-də Hançjou keçiriləcək və "İnnovativ, sağlam, qarşılıqlı əlaqəli və inklüziv qlobal iqtisadiyyatın qurulması" mövzusuna həsr olunacaq.

Mediainfo.az