2 ordu generalı qəfilgən istefa verdi

2 ordu generalı qəfilgən istefa verdi

28 İyul 2016 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Yüksək Hərbi Şuranın bu gün keçiriləcək kritik toplantsı ərəfəsində Silahlı Qüvvələr daha iki generalını itirib.

Türkiyə KİV-ləri xəbər verir ki, quru qoşunların komandanlığının qərargah rəisi, ordu generalı İhsan Uyar və EDOK (Tədris və Doktrina Komandanlığı) komandanı, ordu generalı Kamil Başoğlu Silahlı Qüvvələrdən istefa veriblər. Onların istefasının səbəbləri açıqlanmır. Lakin şaiyələrə görə president Ərdoğan və Baş qərargah rəisi Hulusi Akar onların yerinə növbədənkənar təyinat həyata keçirilməsini qərarlaşdırıb, nəticədə generallar istefa ərizəsi yazıblar.

Mediainfo.az