Obama ilə Tramp arasında mübahisə

Obama ilə Tramp arasında mübahisə

28 İyul 2016 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Barak Obama ilə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən Donald Tramp arasında mübahisə yaranıb.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, buna səbəb milyarderin rəsmi hesabında yaydığı ABŞ-la bağlı tviti olub.

Belə ki, Tramp ABŞ-ın artıq güclü və hegemon dövlət hesab olunmadığını iddia edib.

Prezident Obama isə öz çıxışında Trampın bu sözlərinə cavab verib:

"ABŞ lider və güclü dövlətdir. Mən sizə söz verirəm ki, bizim gücümüz heç vaxt Donald Trampdan asılı olmayacaq".

Mediainfo.az