Çevrilişə cəhddə 34 təyyarə və 74 tankdan istifadə olunub

Çevrilişə cəhddə 34 təyyarə və 74 tankdan istifadə olunub

27 İyul 2016 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyədə çevriliş cəhdində iştirak edən hərbçi geyimli terrorçuların sayı 8651 nəfər olub".

"Posta.com.tr"-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında bildirilib.

Qeyd edilib ki, hərbi çevriliş cəhdinin iştirakçıları 24 min döyüşçü, 34 təyyarə və 74 tankdan istifadə ediblər. Bununla yanaşı, açıqlamada Türkiyə Silahlı Qüvvələrinin böyük əksəriyyətinin bu xain hücuma qarşı çıxdığı bildirilib.

Mediainfo.az