İranda prezident seçkilərinin vaxtı açıqlanıb

İranda prezident seçkilərinin vaxtı açıqlanıb

27 İyul 2016 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

İranda növbəti prezident seçkilərinin vaxtı açıqlanıb. Apa -nın İran bürosunun məlumatına görə, İranda növbəti prezident seçkiləri 2017-ci il mayın 19-da keçiriləcək.

Bu qərar bu gün İranın Daxili İşlər Nazirliyinin təklifi ilə və İranın Nəzarət Şurası tərəfindən qəbul olunub.

Ekspertlər hesab edir ki, gələcək prezident seçkilərində prezident Həsən Ruhaninin əsas rəqibləri sabiq prezident Mahmud Əhmədinejad və parlamentin mühafizəkarlar düşərgəsindən olan nümayəndəsi Məhəmmədrza Bahünər olacaq.

Mediainfo.az