"Mehriban Əliyeva ermənilərin yaratdığı mifi dağıtdı"

"Mehriban Əliyeva ermənilərin yaratdığı mifi dağıtdı"

26 Avqust 2011 18:25
1 561
Bəyəndim (0) Bəyənmədim (0)
Millət vəkili Gülər Əhmədova Fransa ilə əlaqələrimizin inkişafından razıdır

Azərbaycan dinamik inkişafı ilə dünyanın, o cümlədən Avropanın diqqət mərkəzindədir. Uğurlara baxmayaraq, problemlər də mövcuddur. Ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsinin məntiqi və ədalətli həllini tapmamasıdır. Biz mövcud problemin ədalətli həlli yolunda həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq əzmindəyik. İstər siyasət və dövlət xadimləri, istərsə də sadə vətəndaşlar Azərbaycanın haqlı olduğunu dünyaya sübut etməyə çalışırlar. Bunun üçün səsimizi ayrı-ayrılıqda hər bir ölkəyə çatdırırıq.

Uzun müddət Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri olmuş Gülər Əhmədova bu qənaətdədir ki, son illərdə iki ölkə arasındakı münasibətlərdə müsbət mənada ciddi dəyişiklər baş verib: "Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da bu dəyişikliklərin göstəricisi hesab edilə bilər. Münasibətlərin indiki səviyyəyə qalxmasında Azərbaycan-Fransa deputat qrupunun rəhbəri Mehriban Əliyevanın xüsusi rolu var. O, ermənilərin bizim haqqımızda yaratdığı mifi dağıtdı".

Bu gün həm də birinci xanımın ad günüdür. Bizim ümumən vətənə hədiyyəmiz o olardı ki, vahid amal ətrafında daim sıx birləşək...

Hafiz Əhmədov

O.M.