Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı bəlli oldu

Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı bəlli oldu

26 İyul 2016 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb. AzərTAc xəbər verir ki, sSərəncamda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılması və kütləvi informasiya vasitələrində dərc edilməsi qeyd olunub.

Ümumxalq səsverməsi 2016-cı il sentyabrın 26-na təyin edilib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına tapşırılıb ki, ümumxalq səsverməsinin bu Sərəncamda göstərilən tarixdə keçirilməsini təmin etsin. Nazirlər Kabinetinə isə referendumun maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Mediainfo.az