Ermənistan MTX-dən qiyamçılara ultimatum

Ermənistan MTX-dən qiyamçılara ultimatum

25 İyul 2016 14:21
208
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı şəxslərə ultimatum verib.

Erməni saytlarının verdiyi xəbərə görə Ermənistan dövlət təhlükəsizlik orqanı silahlı qiyamçılara yazılı şəkildə çağırış edib.

Həmin çağırışın əks olunduğu vərəqlər silahlı qrup tərəfindən mətbuata ötürülüb.

Çağırışda binanın tutulması, silahların saxlanması və ondan istifadə edilməsi, habelə törədilən digər cinayətlərin 15 il azadlıqdan məhrum etmə ilə cəzalandırılacağı göstərilib.

Bundan başqa mağırış vərəqəsində, silahlıq qruplaşmanın könüllü şəkildə təslim olması halında onların cinayət məsuliyyətindən azad ediləcəkləri qeyd olunub.

Maraqlıdır ki, vərəqdə polis alayının tutulması zamanı polis polkovnikinin qətl edilməsi haqqında bir cümləyə rast gəlinməyib.

Mediainfo.az