Türkiyədə qiyamçıların “B planı” açıqlandı – ŞOK TƏFƏRRÜAT

Türkiyədə qiyamçıların “B planı” açıqlandı – ŞOK TƏFƏRRÜAT

25 İyul 2016 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçıların B planının üstü açılıb.

"Milliyət" qəzeti xəbər verir ki, qiyamçılar iyulun 15-də hərbi çeviriliş planının qarşısı alınacağı təqdirdə B planından istifadə etmək fikrində olublar:

"Xəyanətkar şəbəkə iyulun 15-də hərəkətə keçməsəydi, Cumhurbaşqanlığının Mühafizə Alayının yaradılmasının ildönümündə iyulun 18-də bütün protokolu məhv edəcəklərmiş. Çevrişə cəhd edənlərin planına görə, mərasimdə iştirak edən hökumət üzvlərinə qarşı sui-qəsd reallaşdıracaqlarmış.

İyulun 18-i bazar ertəsi saat 18:00 radələrində keçirilməsi nəzərdə tutulan mərasimə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Kahraman, Baş nazir Binəli Yıldırım, Milli müdafiə naziri Fikri İşıq, eyni zamanda ölkə başçısının bütün məsləhətçiləri dəvətli qatılmalı imiş.

Mərasim dəvətnamələrində həyata keçirilməsi nəzərdə tutulan qanlı planın izlərinə rast gəlmək olur. Qiyamçılar dəvət edilən yüksək vəzifəlinin mərasimdə iştirakını dəqiqləşdirdikdən sonra məlumatın telefon nömrəsi vasitəsiylə ötürülməsinə cəhd göstəriblər.

Telefon nömrəsi vasitəsiylə sözügedən mərasimdə iştirakı dəqiqləşənlərdən tutmuş, kimin harada oturacağına dair bütün məlumatlar çevrilişçilərin rəhbərliyinə ötürülüb. İddialara görə, həmin gecə əsas hədəf sui-qəsd nəticəsində prezidentin və digər səlahiyyətlilərin eyni anda aradan götürülməsi imiş.

Buna sonra isə əvvəlcədən təyin olunmuş əsgərlər dövrəyə girəcəklərmiş. Mərasimdə hərbi formalı FETÖ-çulardan biri dövlət başçısı R.T.Ərdoğanı öldürəcək və dövlət protokolunu məhv edəcəkmiş. Digər bir neçə əsgər isə həmin hərbçini öldürəcək sonra isə "Bu əsgər cinayət törətdi. Ona görə öldürüldü" deyiləcəkmiş. Bununla da dəlillər aradan qaldırılmış olacaqdı".

Mediainfo.az