Jan Klod Yunker Türkiyəni Aİ-da görmək istəmir

Jan Klod Yunker Türkiyəni Aİ-da görmək istəmir

25 İyul 2016 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyə mövcud halı ilə yaxın bir zamanda Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil. Hətta uzun müddət üçün bu, belə olacaq".

Bu sözləri Avropa Komissiyasının prezidenti Jan Klod Yunker "France 2" televiziyasına müsahibəsində deyib. O bildirib ki, ölüm cəzasının bərpa ediləcəyi təqdirdə, Türkiyənin quruma üzvlük prosesi dərhal dayandırılacaq.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini də ölüm hökmü bərpa edilən ölkənin Avropa İttifaqına üzv ola bilməcəyi ilə bağlı açıqlama vermişdi.

Mediainfo.az