Prokurorun FETÖ ilə bağlı hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib

Prokurorun FETÖ ilə bağlı hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib

22 İyul 2016 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Ankara 4-cü Ağır Cəza Məhkəməsində prokurorun Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı hazırladığı ittiham aktı qəbul edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ittihamnamədə cinayət işi üzrə şübhəli şəxs qismində 73 nəfərin adı keçir. Onların arasında FETÖ-nun rəhbəri Fətullah Gülənin də adı var.

Məlumata görə, məhkəmənin ilk hazırlıq iclası bu il noyabrın 22-25-də keçiriləcək.

Mediainfo.az