Türkiyədə iki general  da saxlanıldı

Türkiyədə iki general da saxlanıldı

21 İyul 2016 16:37
Bəyəndim (0) Bəyənmədim (0)

/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir general saxlanılıb

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Türkiyə Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-leytenant Hasan Hüseyin Demirarslandır.

Məlumata görə, onun adı qiyamçıların siyahısında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı olaraq keçib. Eyni zamanda, generalın Ali Hərbi Şuranın (YAŞ) üzvü, hərbi çevriliş cəhdində əsas təqsirkar sayılan ordu generalı Akın Öztürkə yaxın olduğu bildirilir.

***

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir general saxlanılıb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir şəhərindəki 7-ci korpusunun komandanı, general-leytenant İbrahim Yılmazdır.

Qeyd edək ki, İ.Yılmaz müvəqqəti olaraq hərbi çevriliş cəhdinə görə saxlanılan Türkiyə Silahlı Qüvvələrinin Malatya şəhərindəki 2-ci ordusunun komandanı, ordu generalı Adem Hudutinin yerinə təyin edilmişdi.

Mediainfo.az