Türkiyədə "Balyoz" işini aparan hakim haqda həbs qərarı verildi

Türkiyədə "Balyoz" işini aparan hakim haqda həbs qərarı verildi

21 İyul 2016 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə "Balyoz" işinə baxan hakim barəsində həbs-qətimkan tədbiri seçilib.

Türkiyə KİV-inin verdiyi məlumata görə, Ömer Diken Uşak Baş Prokurorluğun göstərişi ilə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. İstanbul 10-cu Ağır Cəza Məhkəməsinin keçmiş sədri Uşak məhkəməsinin qərarı ilə həbsxanaya göndərilib.

Qeyd edək ki, "Balyoz" adlı cinayət işi çərçivəsində aralarında istefada olan ordu generalları və admiralların da olduğu çoxlu sayda istefada və fəaliyyətdə olan zabit həbs edilmişdi.

Mediainfo.az