Kreml: "Bu, Türkiyənin daxili işidir"

Kreml: "Bu, Türkiyənin daxili işidir"

21 İyul 2016 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə dövət çevrilişinə cəhddən sonra fövqəladə vəziyyət rejimi tətbiq etmək bu ölkənin daxili işidir.

RİA Novosti bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının və hökumətin toplantısından sonra fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət çevriliş cəhdinə aidiyyəti olan şəxslərə qarşı daha tez və səmərəli mübarizə aparmaq üçün tətbiq olunub.

Türk lideri əlavə edib ki, bu, demokratiyaya, vətəndaşların hüquq və azadlıqlarına zərər vurmayacaq, əksinə onları gücləndirəcək.

"Bu, Türkiyənin daxili işidir", - deyə Peskov jurnalistlərə bildirib.

Mediainfo.az