Liviyanın xarici banklardakı 1,5 milyard dollar vəsaiti özünə qaytarılacaq

Liviyanın xarici banklardakı 1,5 milyard dollar vəsaiti özünə qaytarılacaq

26 Avqust 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın xarici banklarda dondurulmuş 1,5 milyard dollar dəyərində aktivləri özünə qaytarılacaq. Bu vəsait münaqişədən sonrakı dövrdə ölkənin yenidən qurulmasına sərf olunacaq. Qaytarılacaq vəsait üç istiqamətdə istifadə olunacaq. İlk növbədə ölkəyə humanitar yüklərin çatdırılması nəzərdə tutulub. Sonrakı mərhələdə isə bu vəsaitin sosial ehtiyacların ödənilməsi, o cümlədən təhsil və səhiyyəyə yardım məqsədilə istifadəsi nəzərdə tutulur. Xarici banklarda saxlanan Liviya dövlətinə məxsus aktivlər BMT Təhlükəsizlik Şurasının(TŞ) 2011-ci il tarixli 1970 saylı qətnaməsinə əsasən dondurulub.

Liviyalılar tikməyin dağıtmaqdan daha çətin olduğunun indi fərqinə varacaqlar.

Tofiq Əliyev

O.M.