Ermənistan MTX: “Vəziyyətə son qoyulması istiqamətində intensiv danışıqlar aparılır”

Ermənistan MTX: “Vəziyyətə son qoyulması istiqamətində intensiv danışıqlar aparılır”

20 İyul 2016 14:58
232
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən və silahlı qruplaşma tərəfindən nəzarətdə saxlanan binasında keçirilən anti-terror əməliyyatı çərçivəsində 5 nəfər girovluqdan azad edilib.

"armenpress.com" un verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir. "Hazırda patrul-mühafizə alayının binasında yerləşən digər girovların azad edilməsi, habelə cari vəziyyətə son qoyulması istiqamətində intensiv danışıqlar aparılır. Ermənistan hüquq-mühafizə orqanlarının xüsusi bölmələri hərbi hazırlıq vəziyyətində qalmağa davam edirlər", - deyə məlumatda bildirilir.

Mediainfo.az