Deputat: "Qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər”

Deputat: "Qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər”

20 İyul 2016 10:53
293
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyədə yaşananlar göstərdi ki, hərbi qiyam zamanı Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır, çünki qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər"

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinə münasibətini açıqlayarkən vurğulayıb.

Deputat partiyanın mətbuat xidmətinə bildirib ki, mövcud dəyişikliklər daha çox xarici faktorlardan qaynaqlanır. Onun sözlərinə görə, dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur.

"Bundan başqa da layihəyə əlavə təkliflərimiz olacaq ki, yaxın vaxtlarda bunu açıqlayacağıq. Biz BAXCP olaraq ölkədə parlamentli respublika tərəfdarı olsaq da, mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik". (politika)

Mediainfo.az