Qbaqbo ailəsi məhkəmədə mühakimə olunacaq!

Qbaqbo ailəsi məhkəmədə mühakimə olunacaq!

13 Aprel 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın tam dəstəyi ilə döyüşdən qalib çıxan Ouattara tərəfdarlarına intiqamdan və hücumlardan uzaq durmağı əmr edib. Qbaqbo ailəsi və yaxın ətrafının ölkə içində qurulacaq geniş tərkibli bir məhkəmədə mühakimə olunacağını ifadə edən Ouattara xalqı da ölkəni yenidən inşa etmək üçün birlik olmağa çağırıb. Ancaq ölkədəki BMT səlahiyyətliləri həm Ouattara, həm də Qbaqbo tərəfdarlarının şəhərdə talan, təcavüz və intiqam hücumlarına başladığını ifadə edir. Fil Dişi Sahilinin ən böyük liman şəhəri Abidjanın bir hissəsinin hələ Qbaqboya bağlı əsgərlərin əlində olduğu gələn xəbərlər arasındadır. BMT-nin adından da işlər aparan siyasi məsləhətçisi Mark Şroeder, "Vətəndaş müharibəsi belə qısa müddətdə bitməz. Qbaqbo yenilsə də, sonuncu seçkilərdə xalqın 46 %-nin dəstəyini alıb", - dedi.

Qbaqbo iqtidarı dövründə embarqoya məruz qalan Fil Dişi Sahilinə dərhal beynəlxalq yardım gəlməyə başladı. Embarqonu qaldırmağa hazırlanan AB vətəndaş müharibəsi səbəbiylə zərər görmüş ölkənin yenidən qurulması üçün maliyyə yardımı paketi hazırlayacağını açıqlayıb. Fransa da öz növbəsində 400 milyon avro yardım ayırmaq qərarına gəlib.


Günel Həbib