Türkiyədə daha bir general saxlanıb

Türkiyədə daha bir general saxlanıb

19 İyul 2016 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə hərbi çevriliş cəhdinə görə daha bir general saxlanıb.

"Anadolu"nun verdiyi məlumata görə, bu, Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığınin (EDOK) müxabirləşmə və müxabirləşməyə dəstək təhsili komandanı, korgeneral Metin İyidildir.

Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Türkiyədə bir qrup hərbçi çevriliş yolu ilə qanuni hakimiyyəti devirməyə cəhd göstərib.

Mediainfo.az