Binəli Yıldırım: “Amerikalı dostlarımız 11 sentyabrdan sonra terrorçuları tələb edərkən sübut istəmişdi?"

Binəli Yıldırım: “Amerikalı dostlarımız 11 sentyabrdan sonra terrorçuları tələb edərkən sübut istəmişdi?"

19 İyul 2016 13:45
252
Bəyəndim (0) Bəyənmədim (0)

"Baş verən hadisələr göstərdi ki, tankın gücü xalqın gücünü üstələyə bilməz".

Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirb. O, Fətullah Gülənin ekstradisiya məsələsinə xüsusi diqqət çəkib: "Amerikalı dostlarımdan soruşuram, 11 sentyabrda əkiz qüllələr vurulan zaman terrorçuların təhvil verilməsini tələb edərkən sübut istəmişdiniz? Bin Laden üçün sübut toplamazkən FETÖ üçün niyə israrla sübut istəyirsiniz? Bu terrorçubaşını daha artıq qorumayın. Bunun nə sizə, nə də insanlığa faydası var. Heç kim qüsura baxmasın, bu paralel terror təşkilatı artıq heç bir ölkə üçün əlverişli maşa deyil. Onu boşuna bəsləməyin. Paralel terrorun kökünü kəsəcəyik".

Baş nazir bildirib ki, Türkiyə vətəndaşları çevrilişə cəhd edən şəxslərin cəzalandırılması məsələsində rahat olmalıdır: "Bu cinayətə ən ağır cəza veriləcək. Mövcud qanunvericilik yetməyəndə lazımi tədbirlər də görüləcək. Millətin mesajı başımızın üstündədir. Müstəqil məhkəməmiz günahkar və günahsızı bir-birindən ayıracaq".

B. Yıldırım Türkiyənin təkcə ölkə xaricində deyil, həm də ölkə daxilində dostları artıracağını, düşmənləri isə azaldacağını deyib.

Mediainfo.az