Ərəb Ölkələri Liqası Liviya Milli Keçid Şurasını legitim orqan kimi tanıyıb

Ərəb Ölkələri Liqası Liviya Milli Keçid Şurasını legitim orqan kimi tanıyıb

25 Avqust 2011 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ərəb Ölkələri Liqası Milli Keçid Şurasını Liviya xalqının legitim orqanı kimi tanıyıb. Bu barədə təşkilatın baş katibi Nabil əl-Ərəbi Qahirədə xarici jurnalistlərə müsahibəsində deyib. Əl-Ərəbi bildirib ki, keçid hökuməti Ərəb Ölkələri Liqasına tam üzv kimi qəbul olunacaq. Keçid hökumətinin təşkilatdakı nümayəndəsi Əbdülmunim əl-Hüni şənbə günü keçiriləcək ərəb ölkələri nazirlərinin görüşündə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Liviyada baş verən kütləvi iğtişaşlar və onların hökumət tərəfindən qəddarcasına yatırılması səbəbindən bu ölkənin Ərəb Ölkələri Liqasında fəaliyyəti fevralın 22-də dayandırılıb.

Köhnə ölkə, yeni hakimiyyət.

Tofiq Əliyev

O.M.