Türkiyə ABŞ-la münasibətlərinə yenidən baxa bilər

Türkiyə ABŞ-la münasibətlərinə yenidən baxa bilər

18 İyul 2016 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Çevriliş cəhdi ilə əlaqədar Fətullah Gülənin təhvil verilməməsi üzündən Ankara ABŞ-la dostluq münasibətlərinə yenidən baxılmasını gündəmə gətirə bilər.

"RİA Novosti" xəbər verir ki, bunu bu gün Nazirlər Kabinetinin toplantısında Türkiyənin baş naziri Binali Yıldırım deyib.

"Bizə tərəfdar olduqlarını bildirən bütün dostlarımıza minnətdarlığımızı bildirdik. ABŞ bizim dostumuzdur, strateji tərəfdaşımızdır. Lakin mən ABŞ rəhbərliyinə deyirəm: burada qlobal təhlükə var, qanuni rejimi devirmək cəhdi, ölkədə xalqın iradəsini məhv etmək kimi göstəriş var, heç bir din və dini dəyərdən söhbət getmir. Daha hansı sübutlar lazımdır? Əgər bütün bunlara baxmayaraq, dostlarımız əvvəlkitək sübut tələb edəcəklərsə, üzr istəyirəm, biz çox məyus olacağıq və gündəmə dostluğumuza yenidən baxılması gətirilə bilər", - Yıldırım deyib.

Mediainfo.az