Yan Kelli: "ABŞ-ın Türkiyədə baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur"

Yan Kelli: "ABŞ-ın Türkiyədə baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur"

18 İyul 2016 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

"ABŞ-ın Türkiyədə baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur".

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli deyib.

Diplomatın sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri türkiyəli həmkarı ilə danışıb və ona hərbi çevriliş cəhdinin istintaqında Vaşinqtonun kömək etməyə hazır olduğunu söyləyib.

"ABŞ Türkiyənin demokratik yolla seçilmiş hökumətini dəstəkləyir. Biz bu üsyanın təşkilatçılarını üzə çıxarmaq üçün hərtərfli araşdırmanın aparılmasının tərəfdarıyıq. Bu məsələdə Türkiyəyə kömək etməyə hazırıq", - deyə Y.Kelli bildirib.

Mediainfo.az