Eks first-lediyə qarşı zorakılıq

Eks first-lediyə qarşı zorakılıq

13 Aprel 2011 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa ordusunun dəstəyi ilə sığınacağında ələ keçirələrək, müxaliflərə təslim edilən Laurent Qbaqbo və həyat yoldaşı Simonenin yeni foto-şəkilləri yayımlandı. Şəkillərdə ölkədə qalib gələn Alassane Outtaraya bağlı əsgərlərin əsirlərə apardıqları oteldə zorakı davrandıqları əks olunub. Hələ üstəlik bütün bunlar kameraların önündə həyata keçirilib. Eks first-ledini yerə yıxaraq, yerlərdə sürükləyib, paltarının iplərini aşağı endirərək, ona qul kimi yanaşan əsgərlərin əhval-ruhiyyəsinin xeyli yüksək olduğunu fotolardan açıq-aydın sezmək mümkündür. Bütün bu görüntülərsə beynəlxalq ajanslar tərəfindən tez bir zamanda dünyada yayımlanıb.

P.S. Simone Qbaqbo son 10 illik iqtidar dövründə ən çox üzdə olan isimlər arasında yer alır. Xalq arasında adı qorxuyla birlikdə anılan Simone haqda hətta "gücünü cadügarlardan aldığı" kimi dedi-qodular da yayılıb.

Günel Həbib