Son dəqiqə: Rusiya Krıma S-400 raketləri yeridir

Son dəqiqə: Rusiya Krıma S-400 raketləri yeridir

15 İyul 2016 14:37
237
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Müdafiə Nazirliyi Krıma yeni "Triumf" S-400 raket kompleksləri yerləşdirəcək.

Mediainfo.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Yevqeni Oleynikov məlumat verib.

Onun sözlərinə görə, raket sistemləri bu ilin avqustunda Krıma göndəriləcək.

Oleynikov əlavə edib ki, hazırda yarımadanın hava məkanı S-300 raketləri tərəfindən müdafiə olunur.

Mediainfo.az