Həmsədrlər Qarabağa görə Ankaraya gedirlər

Həmsədrlər Qarabağa görə Ankaraya gedirlər

15 İyul 2016 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

"ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 18-də Ankaraya səfər edərək Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracaqlar".

Trend bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Minsk Qrupunun iştirakçı ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək.

Mediainfo.az