Mövlud Çavuşoğlu: “İstəyirik ki, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü mexanizmi də olsun”

Mövlud Çavuşoğlu: “İstəyirik ki, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü mexanizmi də olsun”

15 İyul 2016 14:20
278
Bəyəndim (0) Bəyənmədim (0)

"Bütün regional layihələri həyata keçirməklə bağlı Azərbaycanla həmfikirik. Birlikdə çalışmağa davam edəcəyik".

Apa-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib. O deyib ki, layihələrin həyata keçirilməsi üçün digər ölkələrlə də əməkdaşlıq davam etdiriləcək:
"Bilirsiniz ki, bölgədəki ölkələrlə üçlü mexanizmlər mövcuddur. Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmləri kimi. Biz istəyirik ki, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü mexanizmi də olsun. Qazaxıstanlı qardaşlarımızla da bu məsələni müzakirə etmişik. Hətta Türkiyə-Azərbaycan-Rusiya müzakirələrini də üçlü formada təşkil edə bilərik".

Mediainfo.az