Çavuşoğlu: “Atılan müsbət addımları dəstəkləyirik”

Çavuşoğlu: “Atılan müsbət addımları dəstəkləyirik”

15 İyul 2016 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu həll edilməsinin tərəfdarıyıq".

Apa-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, aprel hadisələrinin təkrarlanmaması vacibdir: "Münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan müsbət addımları dəstəkləyirik. Bunu Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrova da bildirmişəm".
M. Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşdırılmasında roluna görə Azərbaycana bir daha təşəkkürlərini ifadə edib.

Mediainfo.az