İraq Türkiyəyə nota verdi

İraq Türkiyəyə nota verdi

25 Avqust 2011 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Rəsmi Bağdad Türkiyənin Şimali İraqda PKK terrorçularına qarşı keçirdiyi əməliyyatlar səbəbi ilə bu ölkəyə nota verib. İraq Xarici işlər nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, Türkiyənin Bağdad səfiri Murad Özçelik bu məqsədlə XİN-ə dəvət olunub. Səfiri qəbul edən xarici işlər nazirinin müavini Məhəmməd Cavad əl-Durki Türkiyənin Şimali İraqda sərhədi pozduğunu deyib və burda aparılan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib. Qeyd edək ki, bu məlumat iki dildə fəaliyyət göstərən saytın sadəcə ərəbcə hissəsində yerləşdirilib.

Terrora qarşı bütün ölkələr birgə mübarizə aparmalıdır.

Tofiq Əliyev

O.M.